Bu il rezidentura imtahanları elektron formada olacaq

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb
Rio-de-Janeyro 2025-ci il üçün Dünya Kitab Paytaxtı elan edilib

Bu il rezidentura imtahanları elektron formada olacaq.

“Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib.

Onun sözlərinə görə, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib.

Sədr qeyd edib ki, hər imtahanda nəzarətçilər, imtahan rəhbərlərinin böyük rolu var:

“2000-3000 marker müəllim yazı işlərini yoxlayır. Nəzarətçi müəllimdən imtahan rəhbəri seçiləndə mütləq sertifikasiyadan keçmə prosesinə baxılır. Nəzarətçi müəllimlər bilməlidir ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya imtahan prosesi tam rəqəmsallaşdırılsın”.

Report