Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək
Qırğızıstan Azərbaycan peyklərinin imkanlarından istifadə etməyə maraq göstərir
Məhərrəm Zülfüqarlı: Faşizm ideologiyası nəticəsində Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü yaşamır

Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək.

AZƏRTAC