Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb

İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş
Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi

İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.

“Report” xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Qubadlı rayonu olub.

“Report” İnformasiya Agentliyinin çəkiliş qrupunun da iştirak etdiyi aksiyada buradakı əsgərlərə ümumilikdə 3 mindən çox bağlama paylanılıb.

Hərbi qulluqçularımızla fərdi söhbətimizdə onlar qalib ordunun sıralarında xidmət etdiklərindən qürur duyduqlarını bildiriblər. Onlar belə məqamlarda əsgərlərimizi unutmayan xalqımızı, eyni zamanda onlara yardım edən təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Report