“Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı çapdan çıxıb

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq
Prezident tariximizi saxtalaşdırmaq istəyən özümüzünkülərə sərt mesaj verdi
AVCİYA Gəncədə də seçki proseslərinə start verməyə hazırdır

“Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı işıq üzü görüb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından  (AVCİYA) APA-verilən məlumata görə, bu günlərdə çap olunan kitab millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən başlayaraq Şamaxının 20-ci əsr tarixinin araşdırılması ilə bağlı həyata keçirilən layihənin tərkib hissəsidir. Elxan Süleymanov, Məhərrəm Zülfüqarlı və Dəyanət Musayevin müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunan  kitabda 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunur. Kitabda həmçinin, sovet repressiya aparatının qurbanı olmuş şamaxılılar haqqında geniş məlumat verilib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin Elmi Şurasının qərarı ilə çap edilməsi tövsiyə olunan bu kitab www.elkhan-suleymanov.az saytının növbəti nəşridir.

Qeyd edək ki, bu layihə çərçivəsində “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı beynəlxalq konfransı keçirilib, Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı – 1918-ci il” kitabı nəşr edilib. /APA/