Sükut dəqiqəsi

Prezident İlham Əliyev Hadrut qəsəbəsinə səfər edib
Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
Rusiyada miqrant uşaqları barədə məlumat mübadiləsi haqqında qanun qüvvəyə minib

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Qeyd edək ki, respublikamızın şəhər və rayonlarında, idarə və təşkilatlarda, xarici ölkələrdə və məscidlərdə qəza nəticəsində həlak olanların xatirəsi anılır.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

AZƏRTAC