Türkiyə Müdafiə Nazirliyi: Qardaş Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşürük

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalça aşkara çıxarılıb
“GÖYÇAY ENSİKLOPEDİYASI” HAZIRLANIR
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xalqımıza başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi sosial mediada belə bir paylaşım edib: “Otuz dörd il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allah rəhmət eləsin. Biz qardaş Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşürük”.

Paylaşımda “Bir millət, iki dövlət” heşteqi də yerləşdirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri