Xarici səyyahlar Şuşa şəhərinə səfər edib

IsDB: Azərbaycanla dəyəri 430 milyon dollardan çox olan iri layihə üzərində işləyirik
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib
Bu gün Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası işə başlayacaq

Bir qrup xarici səyyah və bloger Şuşa şəhərində olub.

“Report” xəbər verir ki, onlar Azərbacanın görkəmli nümayəndələri olan Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun gülləboran edilmiş heykəllərinin yerləşdiyi şəhərini mərkəzi meydanında olublar.

Daha sonra onlar Xurşidbanu Natəvanın evinə, həmçinin Şuşa qala divarlarına və Cıdır Düzünə baş çəkiblər.

Səyyahlara şəhərin tarixi haqqında məlumat verilib. Onlar işğal altında olarkən Şuşada törədilmiş dağıntıları gözləri ilə görüb, aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyahın Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.

Nümayəndə heyəti daha sonra Ağdama, Kəlbəcərə və Laçına gedəcək.

Report