Xocalı soyqırımının tanınmasını və günahkarların cəzalandırılmasını gözləyirik

“Bakı – qəhrəman şəhərdir”
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili oxucuların diqqətinə çatdırırıq.
Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair Analİtİk Təhlil

İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanovanın APA-ya müsahibəsi
– Azərbaycan xalqı Xocalıda baş verən faciəvi hadisələrin 17-ci ildönümünü qeyd edir…
– Təəssüflər olsun ki, hər bir xalqın tarixində təkcə müsbət deyil, faciəvi hadisələr də baş verir və bu hadisələr dünya tarixində öz əksini tapır. 1992-ci ildə baş verən Xocalı faciəsi də belə hadisələrdən biridir. O vaxtdan 17 il keçsə də, həmin dəhşətli anları əks etdirən şəkillər, sənədli kadrlar hələ də gözlərimiz önündədir. Ən əsası isə bu faciənin canlı şahidləridir. Məhz bu insanlar bütün dünyaya həqiqəti açıqlamalıdır.
– Xocalıda baş verən hadisələrə “soyqırımı” anlayışına uyğun gəlirmi?
– Sözsüz. Xocalıda fevralın 25-dən 26-na keçən gecə sözün əsl mənasında soyqırımı aktı törədilib. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın köməyi ilə müxtəlif hissələrdən şəhərə daxil olublar. Çoxlu sayda insan öldürülüb və yaralanıb. Rəsmi məlumatlara görə, Xocalıda 613 dinc sakin öldürülüb, lakin bunlar yalnız şəxsiyyətini müəyyənləşdirmək mümkün olmuş insanlardır. Əslində isə Xocalıda soyqırımına məruz qalan insanların sayı rəsmi rəqəmlərdən xeyli çoxdur. Dəhşət içində olan dinc sakinlər uşaqları, ahıl qocaları və əlilləri atəş altında çıxararaq meşəyə doğru hərəkət ediblər, lakin Naxçıvanik kəndində onları qarşılayan erməni silahlıları soydaşlarımızı xüsusi amansızlıqla qətlə yetirib. Bu faktlar dəhşət filmlərini xatırladır, yəqin ki, bu insanlıq tarixində analoqu olmayan hadisədir. Bu cinayəti təsdiqləyən çoxlu sayda sənədlər, filmlər var. Lakin qeyd etdiyim kimi, biz Xocalıda baş verənlərin canlı şahidləri vasitəsilə orada əsir götürülmüş, işgəncələrə məruz qalmış insanlar barədə yeni məlumatlar toplamağa çalışırıq.
Hər il Xocalı faciəsinin ildönümü ərəfəsində Ombudsman Aparatında tədbirlər keçiririk. Hər il Xocalı sakinlərinin səsini dünyaya çatdırmaq, həqiqətləri beynəlxalq ictimaiyyətə açıqlamaq üçün dünyaya mesaj göndəririk. Həmçinin hər il Xocalıda baş verənlərlə bağlı yeni-yeni məlumatlar toplayırıq. Hər şeydən əvvəl əlimizdə olan sənədlər əsasında toplanmış dəlillər göstərir ki, bu, soyqırımıdır. Bu hadisələr insanları milli zəmində əvvəlcədən planlaşdırılmış şəkildə qismən və tam məhv edilməsini soyqırımı kimi qəbul edən beynəlxalq hüquq normalarına uyğundur. Xocalıda məqsədyönlü şəkildə dinc əhalinin milli, etnik zəmində məhv edilməsi prosesi baş verib. Ümumiyyətlə, işğal prosesi zamanı çox millətli və müxtəlif dinlərə tapınan Azərbaycan əhalisinin bütün nümayəndələri öldürülüb və təqiblərə məruz qalıb. Azərbaycanda 80 millət və 80-dən artıq etnik qrup yaşayır. Erməni təcavüzünün qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanına gedən zaman orada müxtəlif millətlərin nümayəndələrinin – rusların, yəhudilərin, ləzgilərin və başqa xalqların təmsilçiləri olan gənc, qadın, uşaq və qocaların məzarları diqqəti cəlb edir. Etdiyimiz müraciətdə beynəlxalq birliyin diqqətinə çatdırılır ki, ölkədə prezident Heydər Əliyevin təşəbbüsü ilə Xocalı hadisələrinə soyqırımı aktı kimi qiymət verilib və biz beynəlxalq birliyin də bu soyqırımı aktını tanımasını, təkcə müəyyən qrup şəxslərin deyil, insanlığa qarşı cinayət törətmiş bütün məlum olan simaları cəzalandırmasını istəyirik. Bu il qeyd etdiyimiz tədbirlərə daha bir böyük aksiyanı daxil etmişik. Təhsil Nazirliyinin dəstəyi ilə bütün məktəblərdə uşaqlar arasında imza toplama kampaniyası keçirilir. İmza atan uşaqlar öz səsləri ilə beynəlxalq ictimaiyyətə müraciət edərək hakimiyyətə malik olan insanları sülh prosesini bərqərar etməyə və regionda sülhün bərqərar olmasına yardım göstərməyə çağırırlar.
– Beynəlxalq ictimaiyyəti Xocalıda baş verən hadisələrlə bağlı daha geniş məlumatlandırmaq istiqamətində daha hansı addımlar atılır? Xarici ölkələrdə bu məsələyə maraq varmı?
– Bəli. Pirşağı qəsəbəsində bir qrup Xocalıdan olan məcburi köçkün yaşayır. İki il əvvəl Ukraynanın Azərbaycandakı səfiri oraya çəkiliş qrupu göndərmişdi. Mən onlarla birgə çalışmışam. Sənədli kadrlardan istifadə olunaraq real çəkiliş apardılar. İndi həmin film hər il Xocalı hadisələrinin ildönümü ərəfəsində Ukrayna telekanallarında nümayiş olunur. Analoji işlər dünyanın müxtəlif ölkələrində də həyata keçirilir, bəzi ölkələrdə filmlər nümayiş olunur, digərlərində kütləvi aksiyalar keçirilir. Biz beynəlxalq ictimaiyyəti həmin kütləvi qırğınlar zamanı bir çox ailələrin tam və ya qismən məhv edildiyi, çoxlu sayda insanın əsir götürüldüyü barədə məlumatlandırırıq. BU ailələrin ağrı-acısını təbii ki, bütün Azərbaycan xalqı bölüşür. Bundan başqa yuxarıda qeyd etdiyim kimi biz böyük beynəlxalq konfrans keçirməyə hazırlaşırıq. Bu tədbiri təqribən mayın sonlarında baş tutacaq. Artıq konfransa hazırlıq işləri gedir, biz buraya beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini dəvət eləməyə hazırlaşırıq. Bu tədbir keçirmək naminə tədbir olmayacaq. Dünya ictimaiyyəti həqiqəti bilməyənə qədər heç bir tədbir görməyəcək. Buna görə də biz Xocalı faciəsini əks etdirən bütün filmləri, sənədləri, faciənin qurbanlarının şəkillərinin əks olunduğu kitabları yaymağa çalışırıq.
İnanıram ki, ədalət zəfər çalacaq və Azərbaycan xalqı bu təcavüz nəticəsində pozulmuş hüquqlarını tam şəkildə reallaşdırmaq imkanı qazanacaq./APA/