Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib

Ramil Usubov: Ötən il 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olub

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu mərhələdə Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocalının Xanyurdu kəndinə 1 ailə – 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə – 4 nəfər qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.

Müxbir – Tahir Ağaməmmədov

AZƏRTAC