ATƏT–İN BAKI OFİSİNDƏ AVCİYA-NIN SEÇKİ QƏRARGAHININ ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

“ELS” və AVCİYA “exit-poll” və “quik-count” tədqiqatlarını keçirməyə tam hazırdır
Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı 26-38 faiz olub – exit-poll
28 il keçdi…

AZƏRTAC xəbər verir ki, yanvarın 24-də ATƏT–in Bakı ofisində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki qərargahının üzvləri ilə görüş olmuşdur.

AVCİYA-nın nümayəndələri təmsil etdiyi təşkilatın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəaliyyəti və seçki qərargahının 2004–cü il bələdiyyə, 2005–ci il parlament seçkilərində gördüyü işlər, builki prezident seçkilərində seçki maarifçiliyi, seçkilərin monitorinqi, “exit–poll” və “quick–count” sorğuları ilə əlaqədar planları barədə ətraflı məlumat vermişlər.

ATƏT-in Bakı ofisinin əməkdaşı Gulyan Markard-Narten təmsil etdiyi qurumun ölkəmizdə prezident seçkiləri ilə bağlı planlaşdırdığı işlərdən danışmış, seçki maarifçiliyi və seçkilərin monitorinqi baxımından AVCİYA-nın Seçki qərargahı ilə əməkdaşlığa hazır olduqlarını bildirmişdir.