Azərbaycanda ötən il dövlət teatrlarına gələn tamaşaçı sayı yarım milyona yaxın olub

“Bəzi dövlətlər “erməni soyqırım”ı ilə bağlı canfəşanlıq göstərir”
Prezident İlham Əliyev Zəfər parkında olub
Ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda 2025-ci ildə dövlət teatrlarına 412,6 min nəfər tamaşaçı gəlib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə azdır. Belə ki 2024-cü ildə 29 dövlət teatrına gələn tamaşaçı sayı 419 min olub.

Həmçinin qeyd edilib ki, 2025-ci ildə 3518 tamaşa nümayiş olunub və onlardan da 39-u yeni quruluşda olub.

Report