Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

BORÇALI SÖHBƏTLƏRİ: “Borçalı türklərinin yaylaq və qışlaq gələnəyi”
“Qərbi Azərbaycan irsi” kitabının təqdimatı və “Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Report