“Azərbaycanlı həkimin hekayəsi” 86 dildə “Pandemic Journal online”da yayımlanıb

Sahibə Qafarova: “Dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilmədi”
Çavuşoğlu: “Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq”
“Qaçqınkom” sədri Ağdama köçmək istəyən məcburi köçkünlərə müraciət edib

Avropa jurnalistləri arasında seçim edilərək cəmi 12 jurnalistin yazısı 86 dilə tərcümə olunaraq, “Pandemic Journal online”da yayımlanıb. Onlardan biri də Azərbaycanı təmsil edən Xeberle.com saytının baş redaktoru Ramil Zeynallıdır.

Məqalənin müəllifi AZƏRTAC-a bildirib ki, “Azərbaycanlı həkimin hekayəsi” adlanan yazı Sumqayıt şəhərindəki 3 saylı poliklinikanın həkimi, COVID-19 xəstələri üçün ayrılan xəstəxanada iyun ayından könüllü olaraq çalışan Kəmalə Nəbiyeva haqqındadır. İndiyə qədər onlarla ağır xəstənin sağalaraq evinə, ailəsinə qayıtmasına kömək etmiş Kəmalə xanımın dilindən monoloq şəklində söylənənlər yazının maraqlı alınmasında əsas rol oynayıb.

Məqalədə həm ölkəmizdə günün bəlası sayılan COVID-19-a qarşı mübarizə məqsədilə atılan addımlardan, həm də sıravi bir həkim-qadının bu mübarizədə fədakarlığından, onun tibb işçisi və insan kimi duyğu və düşüncələrindən bəhs olunur. “Koronavirus bitsə də, kaş ki, həkimlərə olan inam, hörmət bitməsin”, – deyən Kəmalə Nəbiyevanın xəstələrə xeyir-duası, həmkarlarına tövsiyəsi də qələmə alınıb.

Qeyd edək ki, Ramil Zeynallının məqaləsi çoxsaylı foto və video əlavələrlə birlikdə yayımlanıb.

AZƏRTAC