Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyində baş vermiş yanğın söndürülüb

Prezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 
Fransanın səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb

Oktyabrın 30-da axşam saat 18:30-da Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın səhər saat 8 radələrində tam söndürülüb.

Yanğının baş verdiyi ərazi yüksək dağlıq sahəni əhatə etdiyindən, eyni zamanda, güclü küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinliklər yaradıb. Bütün bunlara baxmayaraq, nazirliklərin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.

Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.