Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Auditorlar Palatası və Türkiyənin müvafiq qurumu Anlaşma Memorandumu imzalayıb
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başlayıb
ƏƏSMN və BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslər yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində qazilərimiz səmərəli reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlər müsbət nəticəsini verir. Son iki aya yaxın dövrdə müharibə ilə əlaqədar əlilliyi olan daha 120-dən çox şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.

Qeyd edilib ki, tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar. Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir.

AZƏRTAC