Şimali Karolina ştatında “Azərbaycan Dostluq Təşkilatı” təsis edilib

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sıraları genişlənir. Diaspor hərəkatına yeni qoşulan təşkilatlardan biri də ABŞ-ın Şimali Karolina ştatında təsis olunan “Azərbaycan Dostluq Təşkilatı”dır.

“Report” xəbər verir ki, “Azərbaycan Dostluq Təşkilatı” ABŞ-da fəaliyyət göstərən yerli icmalarla dostluq əlaqələrinin yaradılması, Azərbaycanın mədəni irsinin, tarixinin ABŞ-da tanıdılması məqsədilə təsis edilib.

Təşkilatın rəhbəri Cənubi Karolina ştatında yerləşən Klemson Universitetinin məzunu, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbaldır.

Qeyd edək ki, Adika İqbal fəallığı ilə seçilən soydaşlarımızdan biridir. Yaşadığı Roli şəhərində “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət!” kampaniyaları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır.