“YENİ HƏYAT – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlanmışdır

Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub
MDB müşahidəçiləri: Azərbaycanda seçki institutu ən yüksək şəkildə formalaşıb

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “YENİ HƏYAT – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların  qarşılaşdıqları hüquqi, psixoloji və sosial problemlərin həllinə kömək etməkdən ibarətdir.

Layihə çərçivəsində 70-ə yaxın keçmiş məhkuma psixoloq tərəfindən pulsuz psixoloji yardım və konsultasiyalar təşkil olunacaq, həmçinin hüquqşünas tərəfindən hüquqi məsləhətlər veriləcək, konkret problemlərin həllində yardımçı olunacaqdır. Eyni zamanda “Yeni həyat” Aksiyasının keçirilməsi nəzərdə tutulmuşdur ki, bu mərhələdə ölkədəki bütün işəgötürənlərə, xüsusilə tanınmış şirkət rəhbərlərinə məktublar göndərilərək sahibkarlara cəza çəkmədən azad edilmiş şəxsin işlə təmin ediləsinə köməklik göstərilməsinin zəruriliyi və bu sosial məsuliyyətin vacibliyi qeyd ediləcəkdir.