ATƏT PA-nın müşahidə missiyasının rəhbəri: “Seçicilərin aktivliyindən məmnunuq”

İlham Əliyev: “Mən jurnalistləri vətənpərvərliyə çağırıram”
AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” layihəsi çərçivəsində ADPU-da ilk debat olub
Prezident: Azərbaycan dövləti hər zaman vətəndaşların yanındadır

“Bakıda və Sumqayıtda 7 seçki məntəqəsini ziyarət etdik. Təşkilatçılığın səviyyəsi bizim gözlədiyimiz qədər idi”. APA_nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett bildirib. O, seçicilərin aktivliyindən məmnun olduqlarını vurğulayıb: “Şadam ki, bu qədər insan öz seçki hüququndan istifadə edir. Bu cür aktivlik həm Bakıda, həm də Sumqayıtda müşahidə olunub”.

D.Barnett monitorinq nəticələri və qeydə alınmış nöqsanlar barədə suala cavab olaraq bildirib ki, hazırda heç nə deyə bilməz: “Proses başa çatanda biz bir araya yığışıb həmkarlarımızın hesabatlarına baxacaq, yekun bəyanatla çıxış edəcəyik”.

Qeyd edək ki, ATƏT PA-nın müşahidə missiyası 24 nəfərdən ibarətdir.