Azərbaycan və ABŞ rəqəmsal transformasiya imkanlarını müzakirə edib

Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə olunub.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüşdük. Görüşdə nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.

Report